Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qələbə qazanan 61 yaşlı stolüstü tennisçi Ni Xialian rekorda imza atıb.
"Unikal" xəbər verir ki, Lüksemburqu təmsil edən idmançı 1/32 finalda türkiyəli Sibel Altınkayanı yenib.
Beləliklə, o, olimpiadalar tarixində qələbə qazanmağı bacaran ən yaşlı stolüstü tennisçi ünvanına sahib çıxıb.
Xialian növbəti mərhələdə özündən 38 yaş kiçik çinli Sun Yinqşa ilə üz-üzə gələcək.