Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin əməkdaşının vətəndaşa nalayiq jest göstərməsi ilə bağlı yayılan videogörüntü ilə bağlı Dövlət Sərhəd Xidməti araşdırma aparıb.
"Unikal" xəbər verir ki, DSX-nin məlumatında deyilir:
“Məlumat veririk ki, şəxsi avtomobili ilə işə gedən hərbçi üç mülki şəxsin ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün stress keçirib və stress altında hərəkət edib.
Hadisə yerində polis əməkdaşının olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, araşdırma aparılır və məsələyə hüquqi qiymət veriləcək.