Rusiya Ədliyyə Nazirliyi müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması üçün halların olduğu qənaətinə gəlməyə səbəb olacaq məlumatlara malik deyil.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə nazirlik Dövlət Dumasının deputatı Aleksey Juravlyovin sorğusuna cavab olaraq məlumat yayıb.
Sənəddə deyilir: "Hazırda Rusiya Ədliyyə Nazirliyinin sərəncamında mövcud qanunvericiliyin bu öhdəliklərin yaranması ilə əlaqələndirdiyi halların mövcudluğu barədə nəticə çıxarmağa imkan verən məlumat yoxdur".