İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında 18 yaşlı gənci elektrik cərəyanı vurub.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.
"İyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır".