Dünyaca məşhur ulduz Ancelina Coli illər əvvəl yaşadığı çətin günlərdən danışıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müsahibəsində 22 yaşında psixoloji cəhətdən çətin günlər keçirdiyini deyən Coli həyatına son qoymaq üçün plan qurduğunu etiraf edib.
Ailəsinin və yaxınlarının onun intiharını səhlənkarlıq kimi görməməsi üçün o, pullu qatil tutub. Coli Nyu-Yorkda belə insanların rahatlıqla tapılacağını da bildirib. Onun sözlərinə görə, qatil ondan qərarını yenidən nəzərdən keçirməyi xahiş edəndə hər şeydən əl çəkib və həyatını dəyişib.
Gülayə Mecid