"Rusiya Prezidenti Vladimir Putinin avqust ayında sıx iş qrafiki olduğuna görə məzuniyyətə çıxmayacaq. Onun mümkün tətil üçün hələlik boş vaxtı yoxdur".

"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O, əlavə edib ki, Putin hər gün, həftənin yeddi günü işləyir və tapşırıqlar verir. 

Gülayə Mecid