Nepalın Kançanpur bölgəsində pələngin hücumu nəticəsində bir qadın həyatını itirib. 

"Unikal" xəbər verir ki, polis evinin yaxınlığında çöldə meyiti tapılan qadına hücum edən pələngin axtarışlarını davam etdirir.

Yerli Şuklafanta Milli Parkının rəsmiləri pələngin yaxınlıqdakı meşə sahəsindən qaçmış ola biləcəyini ehtimal ediblər.

Zərifə Nağıyeva