ABŞ, Almaniya, Rusiya və digər ölkələrin iştirakı ilə məhbus mübadiləsi baş verir.

"Unikal" xəbər verir ki, bu barədə CNN bildirib.

Bildirilir ki, bu prosesə "Wall Street Journal" müxbiri  Evan Gershkoviç, keçmiş ABŞ dəniz piyadası Pol Uilan və bir sıra amerikalıların daxil olacağı gözlənilir.

Yüksək rütbəli administrasiya rəsmisinin sözlərinə görə, tərəflər məhbusların köçürülməsi ilə bağlı razılığa gəliblər və məhbusların tezliklə ABŞ-də həbsdə olacağı gözlənilir.

Gülayə Mecid