Türkiyənin 3 şəhərində meşə yanğınları başlayıb.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hatay, Antalya və Edirne şəhərlərində meşə yanğınları qeydə alınıb.
Hatay şəhərinin Antakya rayonunda səbəbi hələ məlum olmayan yanğının bənzərləri Antalya şəhərinin Serik vilayətində və Edirnenin Meriç vilayətində baş verib.
Ərazilərin hər birinə yanğına müdaxilə etmək üçün qruplar sövq edilib.
Qeyd edək ki, Hatay və Antalyadakı yanğınlara hava və quru yolları ilə müdaxilə davam edir. Edirnə şəhərindəki yanğını isə müdaxilələrdən sonra söndürmək mümkün olub.
Fidan Nuriyeva