Neftçalada ağır yol qəzasında 6 nəfər xəsarət alıb.

Unikal" report-a istinadən xəbər verir ki, hadisə Pirətəvan avtomobil yolunda qeydə alınıb.

Belə ki, “Mersedes” markalı iki avtomobil toqquşub, sonra onlardan biri digər minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində Neftçala rayon sakinləri; 1963-cü il təvəllüdlü Qasımova Meyrənisə İdris qızı, 2017-ci il təvəllüdlü Qasımzadə Nuray Baloğlan qızı, 1993-cü il təvəllüdlü Qasımova Nisəxanım Mirtağı qızı, 1988-ci il təvəllüdlü Qasımov Baloğlan İbrahim oğlu, 1972-ci il təvəllüdlü Mehdiyev Emin Həbib oğlu və 1973-cü il təvəllüdlü Zeynalov Lazım Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.