Milyonlarla istifadəçisi olan "Instagram" sosial media platformasına giriş Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən bağlanıb.

"Unikal" xəbər verir ki,  Kommunikasiya direktoru Fahrettin Altun, HƏMAS lideri İsmayıl Haniyənin vəfatından sonra başsağlığı mesajı yayımlayıb və "Instagram" sözügedən paylaşımları bloklayıb. 

Bundan sonra İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTQ) bu gün səhər saatlarından etibarən ölkə ərazisində “Instagram”a giriş bloklayıb. 

Blokun nə üçün edildiyi və bunun nə qədər davam edəcəyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Xatırladaq ki,  ötən gün META "Facebook" və  "Instagram"da HƏMAS liderinin qətli ilə bağlı bütün postları silmişdi. 

Gülayə Mecid