Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi açıqlanıb.

"Unikal" xəbər verir ki, hadisə zamanı ölən şəxs 2006-cı il təvəlüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

Xatırladaq ki, bu gün Bakı-Quba yolunun 29-cu kilometrliyində, Ceyranbatan ərazisindən keçən hissədə “NEOPLAN” və “İSUZU” markalı 2 sərnişin avtobusu toqquşub.

***13::36

AYNA Bakı-Quba yolunun Ceyranbatan ərazisindən keçən hissəsində baş verən qəza ilə bağlı açıqlama verib.

Qurumdan "Unikal"a bildirilib ki, ilkin məlumata əsasən, Bakı-Sumqayıt ekspres avtobusu 42 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.

"Hadisə nəticəsində 42 nömrəli avtobus aşıb, avtobusda olan 1 sərnişin vəfat edib, xəsarət alanlar var. Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, Bakı-Sumqayıt ekspres avtobusunun sərnişinləri arasında ölən və xəsarət alan olmayıb", - məlumatda deyilir.

Xatırladaq ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

*** 12:52

Avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşurut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşurut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə Bakı-Sumqayıt yolunda iki avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib.

Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

***12:40

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində 1 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən 2-si reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

***12:04

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib,

"Unikal" xəbər verir ki, iki sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində 18 nəfərin yaralandığı bildirilir.