Tanınmış aktrisa Sharon Stone mükafat almaq üçün Türkiyəyə səfər edib.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, oğlu ilə birlikdə Bodrum şəhərinə gələn Stone hoteldə qəza keçirib.
Aktrisanın sosial şəbəkələrdəki paylaşımlarında gözündəki göylük diqqət çəkib.
Qaldığı hoteldə yıxıldığını açıqlayan aktrisa “Qaldığım hoteldə gecə ayağa qalxdım, necə yıxıldığımı bilmədim və üzümü mərmərə vurdum. Heçkim mənə heçnə etməyib, bəli mən yaxşıyam” ifadələrindən istifadə edib.
Fidan Nuriyeva