Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun növbəti görüşləri keçiriləcək.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutacaq.

İlk olaraq "Neftçi Arena"da "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Ardınca isə Sumqayıtda şəhərin eyni adlı komandası "Kəpəz"lə üz-üzə gələcək.

Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Tura sabah keçiriləcək "Sabah" - "Şamaxı" və "Zirə" - "Səbail" görüşləri ilə yekun vurulacaq.