Türkiyənin ixrac həcminin ilin sonuna qədər 267 milyard dollara çatdırılması planlaşdırılır. Bu məqsəd Türkiyə hökumətinin Ortamüddətli İqtisadi Proqramında öz əksini tapıb.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. Onun sözlərinə görə, 2024-cü ilin iyul ayında Türkiyənin ixracı 22,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 13,8 faiz çoxdur.
Yılmaz qeyd edib ki, xarici bazarlarda tələbin az olmasına baxmayaraq, hazırda Türkiyə iqtisadiyyatında müsbət tendensiya davam edir.