İspaniyanın "Barselona" və "Real" klubları ABŞ-də yoldaşlıq görüşü keçirib.

"Unikal" xəbər verir ki, görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" komandasının heyətində Pau Viktor dubl (42, 54) edib. "Real"dan isə Nikolas Paz (82) fərqlənib.

Qeyd edək ki, İspaniya çempionatına avqustun 15-də start veriləcək.