Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
"Unikal" xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin “Norviç Siti” klubundan 26 yaşlı yarımmüdafiəçi Qabriel Saranı transfer edib.
Braziliyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb. “Cim-bom” bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyəcək.