Paris-2024-də 2 qızıl medal qazanan filippinli gimnast Karlos Yulonu vətənində xeyli bəxşiş gözləyir. 

"Unikal" xəbər verir ki, ölkəsinin himnini Parisdə iki dəfə səsləndirən idmançıya 250 min dollar mükafat və fəxri medal veriləcək. 

Karlosa hədiyyələr vermək üçün şirkətlər, adətən yarışa girib.

İdmançıya veriləcəklərin siyahısı:

- İki yataq otağı və tam mebel dəsti olan mənzil

- Restoranlar şəbəkəsindən ömürlük pendir və qızardılmış toyuq tədarükü

- Avtomobil üçün pulsuz fara dəsti

- Toy fotoqrafı xidmətləri

- Ömürlük telefon qoburlarının tədarükü

- 45 yaşı tamam olanda endoskopik xidmət

- Yerli gözəllik klinikasının səfiri vəzifəsi üçün müqavilə