Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehranda İranın yeni prezidenti Məsud Pezeşkianla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Görüşü zamanı tərəflər uzunmüddətli əməkdaşlığa və ikitərəfli münasibətlərin həyata keçirilməsinə hazır olduqlarını təsdiqləyib, Yaxın Şərqdəki münaqişələrin həlli və ABŞ-ın üçüncü ölkələrin işlərinə müdaxiləsini müzakirə ediblər.
Məsud Pezeşkian İran-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. “Biz inanırıq ki, bəzi güclərin, o cümlədən ABŞ-ın təcrid dövrü başa çatıb. Çoxqütblü dünyanın təşviqində İran və Rusiya arasında əməkdaşlıq qlobal təhlükəsizliyin daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, - prezident qeyd edib.
Şoyqu öz növbəsində İranı Rusiyanın regionda əsas strateji müttəfiqlərindən biri adlandırıb və Şimal-Cənub nəqliyyat dəhlizi də daxil olmaqla, birgə layihələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
“Rusiya İran İslam Respublikası ilə beynəlxalq sahədə, o cümlədən BMT və BRİKS vasitəsilə əməkdaşlığa böyük əhəmiyyət verir. Biz bu əməkdaşlığı genişləndirməyə çalışacağıq”, - deyə o əlavə edib.