1945-ci il 6 avqustda ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın Xirosima şəhərinə atom bombası atılıb. 79 il əvvəl Yaponiyada atom bombası ilə qətliam törədən ABŞ administrasiyası bu gün Qəzzada İsrail soyqırımının maliyyəçisidir.
"Unikal" xəbər verir ki, bu gün yaponlar Xirosimada atom bombası qurbanlarının xatirəsini Fələstin bayraqları ilə yad edirlər.
Hesablamalara görə, İsrail oktyabrın 7-dən etibarən Qəzzaya 70 min ton bomba atıb. Bu bombaların gücü İkinci Dünya Müharibəsində Xirosimaya atılan bombadan təxminən 4,6 dəfə çoxdur. O zamanlar Xirosimada həlak olanların sayı 90–166 min arası, bu gün Qəzzada hələk olanların sayı isə 40 minə yaxındır. Bu isə, iki əsr ərzində işğalçıları maliyyələşdirən ABŞ administrasiyasının qanlı qələbəsidir...
Zərifə Nağıyeva