Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

"Unikal" xəbər verir ki, buna dördqat olimpiya mükafatçımızın 1/4 finalda uduzduğu rəqibi monqolustanlı Otqonjarqal Dolqoryavın finala çıxa bilməməsi səbəb olub.

Beləliklə, Azərbaycanın Paris Olimpiadasındakı yeganə qadın güləşçisi mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

*** 15:23

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 50 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavla üz-üzə gəlib.

Rəqib sonuncu xal prinsipinə (4:4) əsasən mərhələ adlayıb. Dolqorjav finala vəsiqə qazansa, Stadnik təsəlliverici qarşılaşmaya çıxacaq.

***14:36

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində almaniyalı Anastasiya Blayvasla üz-üzə gəlib.

Rəqibinə qalib gələn Stadnik 1/4 finala vəsiqə qazanıb.