Azərbaycan parataekvondoçusu Röyalə Fətəliyeva Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına qatılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
52 kq çəki dərəcəsində çıxış edən idmançıya Dünya Taekvondo Federasiyası tərəfindən lisenziya verilib.
Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də başlayacaq.