Kubalı yunan-Roma güləşçisi Miyain Lopez Nunes “Paris-2024” Yay Olimpiya Oyunlarında ilkə imza atıb.
"Unikal" xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində çıxış edən idmançı çilili Yasmani Akosta Fernandesi 6:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.
Bununla da 42 yaşlı Nunes ardıcıl 5 olimpiadada qızıl medal qazanan ilk güləşçi kimi tarixə düşüb. O, daha əvvəl “Pekin-2008”, “London-2012”, “Rio-2016” və “Tokio-2020”də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.