Yaponiyada yayın əvvəlindən təsirli olan həddindən artıq istilər ölümlə nəticələnib.
"Unikal" xəbər verir ki, Tokio Ədli Tibb İnstitutundan verilən açıqlamada, keçən ay 123 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.
Həyatını itirənlərin çoxunun kondisionerdən istifadə etmədiyi qeyd edilib. Bildirilib ki, iyul ayında Tokioda isti vurması nəticəsində ölənlərin sayı 2018-ci ildə qeydə alınan 127 ölümdən sonra ən yüksək rəqəm olub.