İngiltərə Kral Sikkəxanası elektron cihazların tullantılarından qızıl istehsal edəcək.
"Unikal" xəbər verir ki, bu barədə İngiltərə Kral Sikkəxanasından bildirilib. Sikkəxana, həmçinin, köhnə elektron lövhələrdən qiymətli metalları çıxarmaq və onları qızıla çevirmək üçün yeni fabrik inşa etdiklərini açıqlayıb.
İddia edilib ki, yeni texnologiya qızılı 4 dəqiqə ərzində çıxarır və daha az enerji tələb edir.
Bildirilib ki, 2022-ci ilin mart ayından tikintisi davam edən fabrik Böyük Britaniyada telefon, noutbuk və televizor kimi elektron cihazların dövrə lövhələrindən ildə 4000 tona qədər qızıl çıxarmaq üçün nəzərdə tutulub.
Prosesin birinci mərhələsində elektron lövhələr istiliklə ayrılacaq və tərkibində qızıl olan hissələr ayrıca obyektə göndəriləcək.
Paltaryuyan maşın kimi fırlanan tamburdakı dövrə hissələri xüsusi kimyəvi qarışıqda yuyulacaq, daha sonra bu mayeni süzməklə xalis qızıl toz əldə ediləcək.
Zərifə Nağıyeva