Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudanqanunsuz istifadə halları qeydə alınıb.
"Azərsu" ASC-dən "Unikal"a verilən məlumata görə, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən “Zil” restoranına 01.08.2024-cü il tarixində baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır.
05.08.2024-cü il tarixində restoranda aparılan təkrar yoxlamanəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttərezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər.
M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən “Su sexi”nə 24.07.2024-cü il tarixində baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. 05.08.2024-cü il tarixində təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.
C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən “Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən “Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı “Yuyucu” müəssisələrində 01.08.2024-cü il tarixində aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.
Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub.