Hərbi müxbir Yevgeni Poddubnı sağdır və xəstəxanadadır.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatının hücumu nəticəsində Kursk vilayətində olan jurnalist yaralanıb. O, hazırda Kursk vilayət xəstəxanasındadır.
*** 22:52
Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri Yevgeni Poddubnı Kursk vilayətində dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistin yaxınları sosial şəbəkədə bildirib.
Poddubnı vəzifə borcunu yerinə yetirən zaman dünyasnı dəyişib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən gün Kurska zirehli texnika ilə hücum edib.