Mingəçevirdə 35 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilib.
"Unikal"ın məlumatına görə, hadisə Təbriz küçəsi istiqamətində baş verib.
Belə ki, iki nəfər arasında baş verən mübahisə qanlı münaqişəyə çevrilib. 1991-ci il təvəllüdlü İsmət Quliyev kəsici alət olan rezakla 1989-cu il təvəllüdlü şəhər sakini Ayaz Qurbanova kəsik deşik xarakterli müxtəlif bədən xəsarətləri yetirib.
Yaralı təcili xəstəxanaya çatdırılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs könüllü olaraq polisə təslim olub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Ehtiram Muradov