Amerikanın keçmiş prezidenti Con Kennediyə məxsus olan uzun geyim "eBay"də 1 milyon dollara satışa çıxarılıb.
"Unikal" xəbər verir ki, geyimdə Kennediyə aid olduğu güman edilən qan ləkəsi var.
Bildirilib ki, bu geyim 1998-ci ildə Kennedi hərracında satılan iki geyimdən biridir və onun bir hissəsi kolleksiya gəlinciyinin hazırlanmasında istifadə olunub.
Satıcı bildirib ki, geyimin üzərindəki ləkələri illər sonra görüblər. Əşyalar məhkəmə-tibb ekspertizasından keçirilib. Məlum olub ki, geyimin üzərindəki qan ləkəsi eks-prezidentə məxsusdur.
Xatırladaq ki, 35-ci ABŞ prezidenti olan Con Kennedi 1963-cü il 22 noyabr tarixində Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb.
Zərifə Nağıyeva