Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, yaxın vaxtlarda keçmiş prezident Mixail Saakaşviliyə qarşı 2008-ci ildə Rusiya ilə münaqişə ilə bağlı bir sıra epizodlara görə vətənə xəyanət maddəsi ilə cinayət işi açıla bilər.
"Unikal" xəbər verir ki,b u barədə Gürcüstan mətbuatı məlumat dərc edib.
Kobaxidzenin qeyd etdiyi kimi, eks-prezidentə və onun Vahid Milli Hərəkat Partiyasına qarşı işin başlanmasının hüquqi forması fərqli ola bilər. Deputatlar Baş Prokurorluğa müraciət edə bilər, münaqişə zamanı baş verənləri araşdırmaq üçün parlament komissiyası yaradıla bilər, məsələyə ölkənin Konstitusiya Məhkəməsi də baxa bilər.
"Əsas odur ki, Mixail Saakaşvilinin və onun partiyasının o zaman törətdiyi cinayət sona qədər araşdırılsın", - Kobaxidze bildirib.
Avqustun 8-i 2008-ci ildə Tbilisidən Cənubi Osetiyanın paytaxtı Sxinvalinin kütləvi atəşə tutulması nəticəsində yaranmış Rusiya-Gürcüstan münaqişəsinin başlanmasının ildönümüdür. Döyüşlər cəmi beş gün davam edib, onların nəticəsi Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərin kəsilməsi, eləcə də Moskvanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə başa çatıb.
Gülayə Mecid