İsrailin Oslodakı diplomatik təmsilçisi Norveç Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" "Times of Israel"ə istinadən xəbər verir ki, İsrailin Norveç diplomatlarının diplomatik statusunu ləğv etmək qərarına etiraz etmək üçün İsrail səfirliyinin rəsmisi XİN-ə çağırılıb.
Norveç XİN bildirib ki, xarici işlər naziri Espen Barth Eide israilli diplomatla görüşüb və İsrail XİN-in norveçli diplomatlarla bağlı qərarına etirazı onun diqqətinə çatdırıb.
Qeyd olunub ki, hazırda Norveç hökuməti İsrailin qərarına qarşı necə cavab verməyi nəzərdə keçirir.