Venesuela prezidenti Nicolas Maduro, İlon Maskın sahib olduğu sosial media platforması olan “X”i 10 gün müddətində bağlanılması üçün təlimat verib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Maduro sözügedən sosial şəbəkənin ölkədə nifrət və zorakılıq yaydığını bildirib.
Qeyd edək ki, ötən günlərdə prezident canlı yayım zamanı öz telefonundan “Whatsapp” sosial şəbəkəsini də eyni səbəbdən silmişdi.
Fidan Nuriyeva