İsrail ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə avqustun 15-də Qəzzada atəşkəs danışıqlarına başlamağı qəbul edib.
"Unikal" xəbər verir ki, bunun 10 aydır davam edən müharibədə ikinci atəşkəs olması hədəflənir.
Atəşkəs planına girovların azad edilməsi və humanitar yardımın artırılması kimi məsələlər daxildir.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada, "müqavilənin icrasının təfərrüatlarını yekunlaşdırmaq üçün" avqustun 15-də müəyyən edilmiş yerə danışıqlar qrupunun göndəriləcəyi bildirilib.
Bu addım sülhə olan ümidləri artırıb.
Zərifə Nağıyeva