Tanınmış reper Travis Scottun Parisdə sərxoş halda təhlükəsizlik işçisi ilə dava etdiyi qeydə alınıb.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl də bir neçə dəfə eyni problemlə üzləşən ifaçı Olimpiyada sonrası otağına qayıdarkən “George V” hotelinin qarşısında polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, həbs edilən reperin məhkəmə prosesi sentyabr ayının 10-na təyin edilib.

Fidan Nuriyeva