"Slovakiya hökumət koalisiyasının istənilən nümayəndəsinə sui-qəsd cəhdi edilə bilər. Bunun məsuliyyəti parlamentdəki liberal müxalifətin üzərinə düşəcək".
"Unikal" xəbər verir ki, bunu baş nazir Robert Fitso özünün "Facebook" səhifəsində yayımladığı videomüraciətdə bildirib.
"15 may tarixində mənə qarşı sui-qəsd cəhdi heç nəyi bitirmədi, çünki müxalifət mənim hakimiyyətdən uzaqlaşdırılmaqla hökuməti dağıtmaq və növbədənkənar parlament seçkiləri keçirmək üçün istədiyi fürsəti əldə etmədi”, - deyə baş nazir bildirib.
Onun fikrincə, sui-qəsd ayrı-ayrı siyasətçilərin və liberal medianın koalisiya hökumətinə qarşı böhtanlarının təsiri altında balanssız müxalifət tərəfdarı tərəfindən həyata keçirilə bilər. Fitso xatırladıb ki, müxalifət avqustun 13-də Bratislavada avtoritar liderlik tərzinə görə qınanılan mədəniyyət naziri Martina Simkoviçovanın istefası şüarı altında mitinq təyin edib. Baş nazir hücumlara görə yaşayış yerini dəyişmək məcburiyyətində qalan naziri dəstəkləyib.