ABŞ prezidenti Co Bayden növbəti dəfə qəribə hərəkətləri ilə gündəmə gəlib.

"Unikal" xəbər verir ki, qatıldığı tədbirlərdən birində Bayden səhnəni necə tərk edəcəyini bilməyib. O, ətrafındakı insanlardan "İndi nə edim?", - deyə soruşub.

O, həmçinin, "Reyncers"in oyunçusu Natan Eovaldiyə qəribə təriflər yağdırıb və onun geyimini tərifləyib. 

Bayden ona hədiyyə edilən forma və kovboy çəkməsini təhvil alan köməkçisindən zarafatla "Mənim maykamı oğurlayırsan?", -deyə soruşub.  Aparıcı isə Baydenə səhnəni tərk etməsini xatırlatmalı olub.

Zərifə Nağıyeva