Hindistanlı milyarder Mukeş Ambani ailəsinin sərvəti bütün Cənubi Asiya respublikasının ÜDM-nin demək olar ki, 10%-ni təşkil edir.
"Unikal" xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard dollar səviyyəsində qiymətləndirilir.
Ambaninin biznes imperiyası, "Reliance Industries", ölkədəki ən böyükdür. O, enerji, telekommunikasiya və pərakəndə satış sektorlarını əhatə edib.
Hindistanın ən zəngin ailələri reytinqində ikinci yerdə 7,13 trilyon rupi kapitalı ilə milyarder Neeraj Bajajın ailəsi qərarlaşıb. İlk üçlüyü 5,39 trilyon Rs ilə Kumar Birla ailəsi tamamlayır.
Ümumilikdə Hindistanın üç ən böyük ailə biznesi Sinqapurun ÜDM-i ilə müqayisə edilə bilən 460 milyard dollar dəyərində aktivlərə malikdir.