Şərur Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib

"Unikal" xəbər verir ki, bununla bağlı icra başçısı Kamal Cəfərov sərəncam imzalayıb. Sərəncama əsasən, Hüseynov Səfər Məmməd oğlu başçının birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Hüseynov buna qədər ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyi Lənkəran-Astara RMF, Masallı rayon Xidmət Şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.