Futbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünə start verilib.
"Unikal" xəbər verir ki, son çempion "Qalatasaray" doğma meydanda "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı Hatay təmsilçisi açsa da, Mauro İkardi 80-ci dəqiqədə penaltidən fərqlənərək bərabərlik qoluna imza atıb. Mişi Batşuayi isə 90-cı dəqiqədə komandasına qələbə gətirən qolu vurub.