2024-cü il Paris Olimpiyadasının kişi basketbolunun final matçında ABŞ və Fransa üz-üzə gəlib.

“Unikal” xəbər verir ki, “Bersi Arena”da keçirilən görüşdə ABŞ ev sahibi Fransanı 98-87 hesabı ilə məğlub edərək Olimpiya çempionu olub.

Qeyd edək ki, ABŞ-da Stiven Karri 24 xal, Kevin Durant 15 xal, Devin Buker 15 xal və LeBron Ceyms 14 xal və 10 ribaundla çempionatda böyük rol oynayıb. Fransada isə Viktor Vembanyamanın 26, Qerşon Yabuselenin 20 xalı çempionluq üçün yetərli olmayıb.

Fidan Nuriyeva