ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris iqtisadiyyata və aşağı qiymətlərə diqqət yetirərək gələn həftə siyasi platformasını açıqlamağı planlaşdırdığını bildirib.
"Unikal" xəbər verir ki, seçicilərin ABŞ prezidenti Co Baydenin iqtisadiyyatı idarə etməsindən narazılığı Harrisin kampaniyası üçün əsas siyasi maneədir.
Qeyd edək ki, Harris Minnesota qubernatoru Tim Vals ilə cümə günü noyabr seçkilərinə əsas təsir edəcək seçici kütləsinə malik olan Arizonada mitinqdə, şənbə günü isə Las Veqasda bir tədbirdə iştirak edib.