"Kalaşnikov" konserni Rusiya ordusu üçün yeni 5.45 mm çaplı yüngül pulemyot (RPL), həmçinin onun üçün uyğunlaşdırılmış lüləaltı qumbaraatan təqdim edib.
"Unikal" xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Baş konstruktor Sergey Urjumtsev təqdimat zamanı bildirib ki, RPL-20-nin ilk partiyası artıq hazırdır.
Onun sözlərinə görə, RPL-20, həmçinin GP-46 lüləaltı qumbaraatan sistemi böyük perspektivə malikdir və gələcəkdə təkmilləşdirilə bilər.