Əfqanıstan paytaxtı Kabilin qərbində dövlətə məxsus neft anbarı yaxınlığında avtomobil partladılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Etilaatroz” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, insident nəticəsində ölənlər var. Təhlükəsizlik xidməti partlayışın baş verdiyi əraziyə girişi məhdudlaşdırıb, hadisə yerində təcili tibbi yardım briqadaları işləyir.
Partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.