Bura qızıl medal üçün gəlmişdim.
"Unikal" xəbər verir ki, bu barədə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürüncü medal qazanan sərbəst güləşçimiz Maqomedxan Maqomedov deyib.
"Nəticəmdən razıyam. Medalsız da qala bilərdim. Amma bura qızıl medal üçün gəlmişdim. Özümü buna hazırlasam da, istəyimi reallaşdıra bilmədim. İllik hazırlıq prosesi plana uyğun getmişdi", - deyə güləşçimiz bildirilib.
Bundan sonrakı planları ilə əlaqədar idmançımız deyib ki, evi gedib dincəlmək və bərpa prosesi keçməyi düşünür.