İsrailli müğənni Ofer Levi İsrailin baş naziri Binyamin Netanyahuya Türkiyə ilə bağlı qalmaqallı çağırış edib.
"Unikal" xəbər verir ki, sosial media hesabında paylaşdığı videoda Levi Türkiyəyə atom bombası atılmasını istəyib.
"Müqəddəs kitabımız (Tövrat) düşmənlərimizi məhv etməyi əmr edir. İran, Yəmən və Türkiyəyə atom bombası atın", - deyə müğənni qeyd edib.