Banqladeşin müvəqqəti hökumətinin başçısı, Nobel mükafatı laureatı Məhəmməd Yunusa qarşı keçmiş baş nazir Şeyx Hasinanın dövründə qaldırılmış rüşvət işi üzrə bəraət hökmü çıxarılıb.
"Unikal" xəbər verir ki, Nobel mükafatı laureatı və onun kabinetinin üzvləri and içdikdən üç gün sonra bəraət alıblar.
İqtisadi inkişaf üzrə fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülmüş 84 yaşlı iqtisadçı Yunus təsis etdiyi "Grameen Bank" vasitəsilə Banqladeşin kəndlərində yoxsullara mikrokreditlər verməyə başladıqdan sonra beynəlxalq səviyyədə tanınıb. Tezliklə o, Şeyx Hasina ilə münaqişəyə girib və o, Yunusu fermerlərin aldıqları kreditlərə görə illik təxminən 20% faiz ödəməli olduqları maliyyə cəhətdən aldatmaqda ittiham edib.
2022-ci ildə Banqladeş Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Nobel mükafatı laureatının xeyriyyə fondları ilə bağlı araşdırmaya başlayıb. Daha sonra Dəkkə məhkəməsi Yunusu və "Grameen Telecom"un digər 13 əməkdaşını əmək fondundan vəsaitləri mənimsəməkdə ittiham edib.
Qeyd edək ki, Yunus 2024-cü ilin aprelində UNEC rektoru Ədalət Muradovun müşaviri təyin edilib.