Zaqatalada bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, avqustun 12-də gecə saat 01 radələrində Zaqatala rayonunun Fındıqlı kəndində 1990-cı il təvəllüdlü Amid Şabanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 31 yaşlı Taleh Xəlilova  bıçaqla xəsarət yetirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Şabanov saxlanılaraq istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Seymur Əli