Sankt-Peterburqda dəhşətli qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, naməlum iki şəxs 25 yaşlı qıza 100-dən çox bıçaq zərbəsi vurublar. Hadisə nəticəsində qız həyatını itirib. Şübhəli şəxslər isə saxlanılıb. Məlum olub ki, şəxslər narkotikin təsiri altında olublar və qızla yolda rastlaşıblar.
Gənc qızla münaqişə edən kişilər onu bıçaqlayaraq qətlə yetiriblər.