Ermənistanda gecə baş verən zəlzələ nəticəsində Geqarkunikin Yeranos kəndində 50-dən çox ev dağılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Geqarkunik qubernatoru Karen Sarkisyan bildirib. Onun sözlərinə görə, bir sıra evlərdə və məktəblərdə çatlar əmələ gəlib, regional və icma komissiyaları qiymətləndirmə işləri aparır: "Komissiya araşdırır, konkret rəqəm deyə bilmərəm, amma xeyli ziyan dəyib". 

O, həmçinin qeyd edib ki, torpaqdan tikilmiş köhnə evlərdə çökmələr var.

Ağarza Elçinoğlu