ABŞ və Britaniya hərbi hava qüvvələri Yəmənin Kemran adasındakı Husi milislərinin hədəflərinə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Yəmənin "Masirah" telekanalı məlumat yayıb.
Bundan əlavə, Qərb ölkələrinin hücumunun Səudiyyə Ərəbistanının oxşar hərəkətləri ilə üst-üstə düşdüyü bildirilir. Onların pilotsuz uçuş aparatı (PUA) iki ölkə sərhədində yerləşən Səada əyalətindəki hədəflərdən birini vurub.